Milli Gimnastika Arenasında dünya taekvondo çempionatı

Gələn ilin iyun ayında birinci Avropa Oyunlarında əsas yarış meydanlarından biri olacaq Milli Gimnastika Arenası həyata bu yaxınlarda, aprel ayında vəsiqə qazansa da, artıq iki dəfə məsul yarışların iştirakçılarını qəbul etmiş və həm idmançıların, həm də azarkeşlərin rəğbətini qazanmışdır.

Apreldə bu gözəl saray bədii gimnastika üzrə Azərbaycan birinciliyinə, iyunda isə Avropa çempionatına səhnə olmuşdu.

Budur, MGA daha bir mötəbər idman hadisəsi ərəfəsindədir. Ancaq bu dəfə saray bədii gimnastların yox, taekvondoçuların ixtiyarına veriləcəkdir. Bu gün arenada yeniyetmələr dünya çempionatının medalları uğrunda mübarizəyə başlayacaqlar. İyulun 27-dək davam edəcək çempionat təxminən 65 ölkədən 600-ə qədər gənc taekvondoçunun hazırlıq səviyyəsinə ciddi baxışa çevriləcək.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında