“Qarabağ” Azərbaycanı sevindirir

Azərbaycan çempionu – Ağdamın “Qarabağ” komandası dünən UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Valletta” klubu ilə cavab görüşü keçirdi və oyundan sonra meydanı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarına toplaşan pərəstişkarlarının alqışları altında tərk etdi.

Bir həftə əvvəl səfərdə bu rəqibi 1:0 hesabı ilə məğlubiyyətə uğradan Qurban Qurbanovun yetirmələri “doğma divarlar” arasında daha güclü oyun nümayiş etdirib, qonaqların qapısından dörd cavabsız top keçirdilər - 4:0.

İkinci təsnifat mərhələsində “Valletta” səddini iki qələbə ilə keçən “Qarabağ”  qitə klub futbolunun bir nömrəli yarışının üçüncü mərhələsində Avstriyanın “Red Bull” komandası ilə qarşılaşacaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında