Velosipedçimiz İtaliyada çempion olmuşdur

Dünya kuboku və Avropa çempionatı ərəfəsində çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası İtaliyada birinci kateqoriyalı “Giorni delle Rose” kubokunda iştirak etmişdir.

Yığma komandamızın üzvü Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında bütün rəqiblərini geridə qoyaraq turniri birinci pillədə başa vurmuş və reytinqinə 80 xal əlavə etmişdir. İdmançımız keyrində də uğurla çıxış edərək ikinci yeri tutmuş və reytinqini daha 72 xal artırmışdır.

Xatırladaq ki, O. İsmayılova ötən həftə Fransada keçirilən birinci kateqoriyalı “Fenioux Piste İnternational” və “Fenioux Trophy Piste” turnirlərində də uğurla çıxış edərək sprint yarışlarında 2 gümüş medal qazanmışdı.

Digər velosipedçimiz Yelena Pavluxina da “Fenioux Trophy Piste” kubokunda fəxri kürsüyə qalxmağı bacarmışdır. O, 10 min metr məsafəyə skretçdə mübarizə aparmış və yekunda 3-cü nəticə göstərmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında