Plovdivdə finiş yaxınlaşır

Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı tədricən finişə yaxınlaşır.

 On birinci dəfə keçirilən bu yarışın 116 iştirakçısı, o cümlədən Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi qitə birinciliyinin medalları ilə yanaşı növbəti Dünya kuboku turnirində oynamaq hüququ verən 14 vəsiqə uğrunda mübarizə aparır.

On bir turdan ibarət çempionatın ilk səkkiz  raundunda təmsilçilərimiz arasında ən yaxşı nəticəni Günay Məmmədzadə və Gülnar Məmmədova göstərmişlər. Onlar hərəyə 5 xal toplamışlar. Əlavə göstəricilərə görə Günay 19-cu, Gülnar isə 28-ci yerləri tuturlar. Hər iki şahmatçımız turnir cədvəlinin üçüncü pilləsində irəliləyən ukraynalı Natalya Jukovadan bir xal geri qalır. Lider isə 7,5 xala malik Valentina Quninadır (Rusiya).

Avropa çempionatı medallarının və Dünya kuboku turnirinə vəsiqələrin sahibləri iyulun 17-də keçiriləcək 11-ci turun görüşlərindən sonra məlum olacaq.

 

Oqtay  BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında