Azərbaycan Güləş Federasiyasının prezidenti beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür

Avqustun 31-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş dünya birinciliyi və yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa birinciliyinin mükafatçıları, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür.
Bütün qələbələrin dəyərli olduğunu qeyd edən F.Məmmədov Sinqapurda yenicə başa çatmış yeniyetmələrin I Yay Olimpiya Oyunlarında qazanılan medalların xüsusi əhəmiyyətini vurğulayaraq, gənc idmançıları təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş idmançılarımızın və mütəxəssislərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin dövlətimizin idmanın inkişafına və gənclərin sağlam gələcəyinə böyük qayğısının təzahürü olduğunu bildirən F.Məmmədov, hər il ölkəmizdə yeni-yeni idman qurğularının istifadəyə verildiyini, yeniyetmə və gənc idmançılara xüsusi diqqət yetirildiyini bir daha görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Olimpiya Oyunlarında yeniyetmə güləşçilərimizin 4 qızıl, 1 gümüş medal qazanmasından iftixar hissi ilə söz açan respublika Güləş Federasiyasının prezidenti vurğulamışdır ki, idmançılarımızın nailiyyətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir və beynəlxalq idman arenalarında Azərbaycanın dövlət himninin səsləndirilməsində, bayrağının dalğalandırılmasında rolu olan bütün insanlar - həm idmançılar, həm də onların məşqçiləri mükafatlandırılırlar.
Yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin dünya və yeniyetmələrin Avropa birinciliklərində fərqlənən idmançılar, onların məşqçiləri federasiya rəhbərliyi və "AtaHoldinq" şirkətlər qrupu tərəfindən pul və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Görüşdə Sinqapur Olimpiadasında medal qazanmış idmançıların valideynləri ilə səmimi söhbət aparılmışdır. Valideynlər övladlarının uğurlarında əməyi olan məşqçilərə, federasiya rəhbərliyinə, xüsusilə onlara bu şəraiti yaradan dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Əminliklə qeyd edilmişdir ki, ölkə rəhbərinin böyük idmanın astanasında olan bu yeniyetmələrlə görüşü onları yeni-yeni qələbələrə ruhlandıracaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında