Azərbaycan Ümumdünya Şahmat Olimpiadasına hansı heyətlə gedir?

Uzaq Braziliyada iyirminci dünya çempionatı başa çatdıqdan və bir müddət də planetin bu ali futbol bayramından aldığımız təəssüratla yaşadıqdan sonra nəzərlərimiz ilin digər mötəbər idman hadisəsi 41-ci Ümumdünya Şahmat Olimpiadasına yönələcəkdir. Özü də mundialdan fərqli olaraq, Norveçin Tromsö şəhərində keçiriləcək Olimpiadanı daha böyük həyəcanla izləyəcəyik.

Axı, onun iştirakçıları arasında ikiqat Avropa çempionu Azərbaycan komandası da olacaq.

Bəs zəka sahiblərimiz dünya çempionu Maqnus Karlsenin vətənində hansı heyətlə çıxış edəcəklər?  Bu sualın cavabı məlumdur. Avqustun1-dən 15-dək keçiriləcək Ümumdünya Olimpiadasının saytında verilmiş iştirakçı ölkələrin siyahısında yığmamızın Şəhriyar Məmmədyarov (2743), Teymur Rəcəbov (2724), Rauf Məmmədov (2659), Eltac Səfərli (2649) və Qədir Hüseynovdan (2613) ibarət heyətlə mübarizə aparacağı bildirilir. Komandanın kapitanı isə rusiyalı mütəxəssis Aleksandr Xalifmandır. Xatırladaq ki, qrossmeysterlərimiz ötən il Varşavada məhz bu heyətlə Avropa çempionu olmuşdular.

Azərbaycan millisi (2678) reytinqə görə siyahıda yeddincidir. Ondan əvvəlki pillələrdə Rusiya (2767), Ukrayna (2714), Fransa (2705), Macarıstan (2693), ABŞ (2686) və Çin (2679) komandaları yer almışlar. Birinci onluqda sonuncu   üç pillədə Ermənistan  (2677), İngiltərə (2673) və İsrail (2670) yığmalarıdır.

Əlavə edək ki, ümumdünya şahmat olimpiadalarında kişilərin yarışları ilə eyni vaxtda qadın komandalarının da turniri keçirilir. Lakin hələlik saytda onların heyətləri barədə məlumat yoxdur.

 

Oqtay BAYRAMOV,

“ Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında