Hollandiya-Argentina yarımfinalını türkiyəli hakim idarə edəcək

   Beynəlxalq Futbol Federasiyasının (FİFA) hakimlər komitəsi Braziliyada finişə yaxınlaşmaqda olan dünya çempionatında Hollandiya və Argentina komandalarının bu günə təyin edilmiş yarımfinal görüşündə hakimliyi türkiyəli Cüneyt Çakıra həvalə etmişdir.

    Bu, 37 yaşlı hakimin iyirminci dünya çempionatında idarə edəcəyi üçüncü oyun olacaq. Çakır qrup mərhələsində iki görüşdə hakimlik etmişdir. Həmin oyunların hər ikisində heç-heçə qeydə alınmışdır. Braziliya-Meksika matçında qapılara top vurulmamış (0:0), Rusiya və Əlcəzair komandalarının görüşü isə 1:1 hesabı ilə başa çatmışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında