Azərbaycan şahmatçıları Avropa çempionatında

    Bolqarıstanın Plovdiv şəhərində keçirilən qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatının 116 iştirakçısı, o cümlədən 60-dan çox qrossmeyster arasında bir qrup Azərbaycan təmsilçisi də vardır.

Rəqiblər qitə birinciliyinin medalları ilə yanaşı, həm də növbəti Dünya kuboku turnirində oynamaq hüququ verən 14 vəsiqə uğrunda da mübarizə aparırlar.

Çempionat İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. İlk iki turda Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Səbinə İbrahimova, Türkan Məmmədyarova, Günay Məmmədzadə və Gülnar Məmmədova göstərmişlər. Onlar hərəyə bir qələbə qazanıb, bir görüşdə heç-heçə oynamaqla 1,5 xal toplamışlar. Turnir cədvəlində ilk 12 yeri tutan şahmatçılar isə yüzfaizli nəticəyə nail olub 2 xal qazanmışlar.

    Dünən axşam rəqiblər üçüncü turun görüşlərində  qarşılaşmışlar. Avropa çempionatının qalib və mükafatçıları, habelə Dünya kuboku turnirinə vəsiqələrin sahibləri iyulun 17-də məlum olacaq.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında