İdman xəbərləri

"Neftçi" və "Xəzər-Lənkəran"
Bu iki klub Azərbaycan milli komandasının sentyabrın 7-də Kölndə Almaniya futbolçularına qarşı keçirəcəyi Avropa çempionatının seçmə görüşü ilə əlaqədar Unibank Premyer Liqasında verilən iki həftəlik fasiləyə daha yaxşı əhval-ruhiyyə ilə çıxmışdır.
Şənbə və bazar günlərinə təsadüf etmiş dördüncü turda bakılılar da, lənkəranlılar da rəqib meydançasında oynamalarına baxmayaraq növbəti qələbə qazanmağı bacarmışlar. "Neftçi" zəfər yürüşünü "İnter" ilə görüşdə davam etdirmiş (2:0), "Xəzər-Lənkəran" isə AZAL-ı yeganə qolla məğlubiyyətə uğratmışdır - 1:0. Növbəti qələbələr Arif Əsədovla Mirça Rednikin yetirmələrinə xal ehtiyatını 10-a çatdırıb turnir cədvəlinin ilk iki pilləsində möhkəmlənmək və ən yaxın izləyiciləri "İnter"lə AZAL-dan 3 xal irəli çıxmaq imkanı vermişdir.
Turun qalan üç oyununda qüvvələr bərabər olmuş, rəqiblər meydançanı "dinc" nəticə ilə tərk etmişlər: "Muğan" - "Gəncə" - 1:1, "Simurq" - "Turan" - 2:2, "Qəbələ" - MOİK - 0:0.
"Qarabağ" - "Bakı" görüşü başqa vaxta keçirilmişdir. Beşinci turun oyunları isə təqvimdə sentyabrın 11-12-nə təyin edilmişdir.

{nl}

Yeddi turdan sonra üç lider
Novxanı qəsəbəsində keçirilən "Baku Open-2010" ənənəvi beynəlxalq şahmat turnirinin ilk yeddi turunda ən yaxşı nəticəni üç iştirakçı göstərmişdir. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov, belaruslu Aleksey Aleksandrov və Rusiya təmsilçisi Boris Savçenko hərəyə 6 xal toplayaraq birinci - üçüncü yerləri bölüşdürürlər.
Qeyd edək ki, Məmmədov altıncı turda turnirin ən yüksək reytinqə malik iştirakçısı Qata Kamskiyə (ABŞ) qalib gəlmiş, ertəsi gün isə ukraynalı Yevgeni Miroşniçenko ilə heç-heçə oynamışdır.
Azərbaycan Gənclər və İdman Nazirliyi ilə ölkə Şahmat Federasiyasının birgə təşkil etdikləri yarışın ümumi mükafat fondu 60 min dollardır. Turnirin qalibi kubokla yanaşı 10 min dollar qazanacaq. Təşkilatçılar ikinci-üçüncü yerlərin sahibləri üçün müvafiq surətdə 7500 və 5000 dollar məbləğində mükafat təsis etmişlər.
İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan yarışda rəqiblər dünən sonuncudan əvvəlki, səkkizinci turun görüşlərində qarşılaşmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında