4-7 yaşlı uşaq atletlərin hazırlanması ilə bağlı layihə həyata keçirilib

Xüsusi Olimpiya Komitəsi (XOK) bu ilin ikinci rübü ərzində tennis və atletika idman növləri üzrə 4-7 yaşlı uşaqların hazırlanması ilə bağlı layihə həyata keçirib. 

Uşaqların gələcəkdə xüsusi olimpiya proqramları üzrə regional və respublika yarışlarına hazırlamaq, onların bədən tərbiyəsi, idman vasitəsilə bərpası və sağlam cəmiyyətə inteqrasiyası layihənin əsas məqsədidir. Layihə çərçivəsində bu ilin aprel-iyun aylarında uşaqlar stolüstü tennis və atletika məşqlərinə cəlb olunublar.

Məşqçi-müəllimlər Qulu Quliyev və Kamal Əhmədov kiçik yaşlı uşaqlarda bu idman növlərinə həvəs yaradıb, uşaqlar qısa müddət ərzində atletika və stolüstü tennisin sirlərinə yiyələniblər. Bakı şəhərinin Qaradağ, Nəsimi, Nizami, Xəzər və Sabunçu rayonlarının yardımçı xüsusi məktəb və internatlarının, Azərbaycana Birgə Yardım Təşkilatının uşaq atletləri layihə çərçivəsində məşqlər və yarışlarda iştirak ediblər. Layihənin final mərhələsi “Şən startlar” devizi altında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilib. Bununla bağlı stolüstü tennis və atletika yarışları keçirilib. 

Layihənin başa çatması ilə əlaqədar XOK-un idarə heyətinin iclasında müzakirə aparılıb. Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev layihəni həyata keçirməklə uşaq atletlərin sayının 160-a çatdığını bildirib, gələcəkdə üzgüçülük və kiçik badminton yarışlarında da kiçikyaşlı uşaqların iştirakı üçün işlər görüləcəyini vurğulayıb. O, qeyd edib ki, ehtiyat qüvvənin hazırlanması Xüsusi Yay Olimpiya Oyunlarıında komandamızın nailiyyətlərini daha da artıracaq. Şahin Əliyev sentyabrın 9-dan 20-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarıında iştirak edəcək Azərbaycan idmançılarının hazırlığı ilə bağlı qeyd edib ki, Belçikanın bir sıra şəhərləri, o cümlədən Lommel şəhəri 58 ölkədən 2000 idmançını və 1000 məşqçini qəbul edəcəkdir. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfər proqramına həsr olunmuş təqdimat mərasiminə ölkəmizdən idmançıların və onların ailə üzvlərinin Lommel şəhərində yerləşdirilməsi və nümayəndə heyəti üçün nəzərdə tutulmuş səyahət proqramı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, növbəti layihələrdə regional proqramların da həyata keçirilməsi nəticəsində daha çox uşağın xüsusi olimpiya hərəkatına cəlb olunması üçün tədbirlər nəzərdə tutulub.

 

Leyla QURBANOVA

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında