Dördqat Olimpiya çempionu Maykl Conson Azərbaycanda idmana göstərilən diqqət və qayğını yüksək dəyərləndirir

Atletika üzrə dördqat Olimpiya çempionu Maykl Conson Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü münasibətilə keçirilmiş tədbirdə iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün Bakıya gəlmişdir.

AzərTAc xəbər verir ki, səfər çərçivəsində M.Conson “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əsas ofisində olmuş, qurumun işçi heyəti və Olimpiya çempionları ilə görüşmüşdür.

Qonaq, həmçinin hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu ilə tanış olmamışdan əvvəl gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxslərin yerləşəcəyi Atletlər Kəndində olmuşdur.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirmişdir ki, “Bakı-2015”in baş ofisində əfsanəvi M.Consonu salamlamaq və onu ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış etmək bizim üçün şərəfdir. Atlet Olimpiya Oyunları barədə misilsiz biliyə malikdir. Onun öz təcrübəsini bizim heyətimizlə bölüşməsi və Azərbaycanın qələbəyə iddialı idmançılarına öz məsləhətlərini verməsi bizim üçün əla imkandır.

M.Conson qeyd etmişdir ki, Bakıda olmaqdan və Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan zövq aldım. Birinci Avropa Oyunları azərbaycanlı idmançılara uğur əldə etmək və tarix yazmaq üçün əlverişli imkan olacaqdır. 

M.Conson yüngül atletika tarixində ən güclü sprinterlərdən sayılır və hazırda 400 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 200 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarını yeniləmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında