205 ölkə arasında 11-ci!

Azərbaycan idmançıları Sinqapurda yenicə başa çatmış Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında böyük müvəffəqiyyət qazanıb ən güclü ustalarımıza layiqli ehtiyat qüvvə yetişdiyini, respublikamızın əsl idman ölkəsinə çevrildiyini bir daha bütün dünyaya inamla sübuta yetirdilər. Olimpiadada cəmi 12 nəfərlə təmsil olunan yığma komandamızın 5 qızıl və 3 gümüş medalla ümumi hesabda 205 ölkə arasında 11-ci yeri tutması çox fərəhli nəticədir.
Həqiqətən, olimpiya çempionlarımız, yunan-Roma üsulu ilə güləşənlər Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq), qadın güləşçi Patimat Baqomedova (52 kq), sərbəst üsulla güləşən Əli Maqommeddabirov (100 kq), ağırlıqqaldıran Nicat Rəhimov (69 kq), gümüş mükafatçılar Kənan Quliyev (sərbəst güləş, 54 kq), boksçular Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) əsl ustalıq və əzmkarlıq nümayiş etdirərək birgə səylə Azərbaycan idmanının şöhrətini daha da artırmışlar. Onların qələbələri şərəfinə Sinqapurun idman saraylarında beş dəfə dövlət himnimiz səsləndirilmiş, səkkiz dəfə milli bayrağımız yüksəyə qaldırılmışdır.
Bu uğurlar yığmamıza finişə ilk on yerdə çatan Çin, Rusiya, Cənubi Koreya, Ukrayna, Avstraliya, Kuba, Yaponiya, Macarıstan, Fransa və İtaliya komandalarından sonra yüksək 11-ci yeri tutmaq imkanı vermişdir. Azərbaycan idmançıları ilk dəfə keçirilən yeniyetmələrin olimpiya startlarının yekununda Almaniya, ABŞ, Kanada, Böyük Britaniya, Braziliya kimi ölkələri qabaqlamışlar. Keçmiş sovet respublikalarından isə yalnız Rusiya və Ukrayna yığmamızdan irəli ola bilmişlər. Onu da nəzərə almaq lazımdır ki, bir çox ölkələr, xüsusən də birinci onluqda yer tutan dövlətlərin komandaları Azərbaycan kollektivi ilə müqayisədə daha böyük nümayəndə heyəti ilə təmsil olunmuşdular. Təbii ki, onların medal qazanmaq imkanları da qat-qat yüksək idi.
Beləliklə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun təşəbbüsü ilə keçirilən və hər şeydən göründüyü kimi, dünyanın hər yerində böyük rəğbətlə qarşılanan Yeniyetmələrin I Yay Olimpiya Oyunları artıq tarixə çevrilmişdir. Çox fərəhlidir ki, bu məsul yarışlarda baş rollardan birini məhz Azərbaycan komandası oynamışdır. Təmsilçilərimiz Sinqapurdan Olimpiada qəhrəmanları kimi qayıdırlar.
Yeniyetmələrin növbəti, ikinci Olimpiya oyunları isə 2014-cü ildə Çin Xalq Respublikasının Nansin şəhərində keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında