İlk qola Xorvatiya, ilk qələbəyə isə Braziliya sevindi

San-Pauluda futbol üzrə iyirminci dünya çempionatının açılış matçı Braziliya komandasının qapısına vurulan erkən və bir qədər gözlənilməz qolla başladı. Xorvatiya yığmasının sol cinahla sürətli hücumundan və mundial sahiblərinin cərimə meydançasına kəsgin ötürməsindən sonra təhlükəni sovuşdurmağa çalışan braziliyalı müdafiəçi Marselo topu öz qapılarına göndərdi.

Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, belə uğursuz başlanğıc Luis Felipe Skolarinin yetirmələrini ruhdan salmadı, onlar qapılarında gördükləri bir topun əvəzini üçqat artıqlamasilə çıxıb doğma vətəndə keçirilən çempionatda pərəstişkarlarının alqışları altında ilk qələbəni bayram etdilər-3:1.

Oyunun qəhrəmanı isə bu çempionatda Braziliyanın əsas ümidi, açılış matçının ən yaxşı futbolçusu hesab edilən Neymar oldu. Məhz o, hələ birinci hissədə imkanları bərabərləşdirdi, fasilədən sonra isə yaponiyalı hakim Yuita Nisimuranın təyin etdiyi penaltini dəqiq yerinə yetirib komandasını hesabda irəli çıxardı və elə ilk oyundaca iki qolun müəllifi oldu. Açılış matçında  sonuncu topu Neymarın komanda yoldaşı Oskar vurdu.

Pelenin həmvətənləri bu qələbə ilə “A” qrupunun lideri oldular. Qrupda növbəti görüş dünən Meksika və  Kamerun komandaları arasında keçirilmişdir.

Əgər Braziliya Xorvatiya üzərində qələbə ilə səkkizdəbir finala aparan yolda çox inamlı addım atmışdırsa, qrupdan növbəti mərhələyə vəsiqə qazanmağa hər üç rəqib ümid edə bilər.

Dünən “B” qrupunda da bir oyun olmuşdur. Hazırkı dünya çempionları İspaniya futbolçuları Hollandiya yığması ilə qarşılaşmışlar. Bu gün həmin qrupda Çili-Avstraliya matçı oynanılacaq. Bu gün “C” qrupunda yarışan Kolumbiya və Yunanıstan futbolçuları da “səhnəyə” çıxacaqlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında