Bədii gimnastika üzrə Bakıda keçirilmiş Avropa çempionatında qrup hərəkətləri üzrə böyüklərdən ibarət Rusiya millisi qızıl medal qazanmışdır

İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatı başlamışdır.

AzərTAc xəbər verir ki, çempionatın ilk günü əvvəlcə yeniyetmə gimnastlar fərdi proqramla çıxış etmişlər. Halqa və top ilə yarışlarda Azərbaycan gimnastı Jalə Piriyeva 31,466 xalla ilk pillədə qərarlaşmışdır. İsrail təmsilçisi Linoy Aşram 31,382 xalla ikinci, Mariya Trubaç (Belarus) isə 31,249 xalla üçüncü olmuşlar.

Komanda hesabında Belarus 62,923 xalla liderdir. Rusiya kollektivi (62,366 xal) ikinci, Azərbaycan yığması (61,815 xal) isə üçüncü pillədə yer almışdır. Yeniyetmələr arasında gürz və lentlərlə yarış iyunun 14-də keçiriləcəkdir. İki günün nəticəsinə əsasən finala yüksələcək gimnastlar müəyyənləşəcəkdir.

Çempionatda qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar 10 gürz / 3 top - 2 lentlə mübarizə aparmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rusiya millisi 36,566 xalla qızıl medal qazanmışdır. İtaliya gimnastları 34,749 xalla ikinci, İsrail kollektivi 34,383 xalla üçüncü pillədə qərarlaşmışlar.

Azərbaycan komandası çempionatda 34,050 xalla altıncı olmuşdur.

İyunun 15-də yekun vurulacaq çempionatda 33 ölkədən 200-dən artıq gimnast iştirak edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında