Milli Qurtuluş Günü münasibətilə yürüşə çıxan azərbaycanlı baykerlər Zaqrebə çatmışlar

Milli Qurtuluş Günü münasibətilə iyunun 7-də Bakıdan – Dövlət Bayraq Meydanından 10 min kilometrlik motoyürüşə başlayan azərbaycanlı baykerlər ayın 12-də  mənzil başına - Xorvatiyanın Zaqreb şəhərinə çatmışlar.  

AzərTAc ANS TV-yə istinadla xəbər verir ki, “Azərbaycanı Avropada tanıdaq!” devizi ilə yürüşə çıxan azərbaycanlı baykerlər artıq Zaqrebdədirlər. Baykerlər ilk dəfə olaraq “Harley Devidson” festivalında iştirak edəcəklər.

Bundan başqa, motoyürüş iştirakçıları Belqrad və Avropa şəhərlərində Azərbaycana aid abidələri ziyarət edəcəklər. Onlar Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan haqqında Heydər Əliyev Fondunun təqdim etdiyi broşürləri və kitabları paylayacaqlar.

“Harley Devidson HOG Baku”nun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə baş tutan motoyürüşün iştirakçıları Gürcüstan, Türkiyə, Bolqarıstan və Serbiyanın ərazilərindən keçərək Zaqrebə çatmışlar.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yürüşün əsas məqsədini şərh edərək demişdir: “Niyyətimiz Azərbaycanı Avropada daha yaxından tanıtdırmaqdır. Heydər Əliyev Fonduna da təşəkkürümü bildirmək istəyirəm ki, bizi lazım olan materiallarla, kitablarla, broşürlərlə təmin etmişdir. Onları görüşlərimiz zamanı avropalılara təqdim edəcəyik. Biz əlimizdən gələni edəcəyik ki, Milli Qurtuluş Gününü Avropanın mərkəzində təntənəli şəkildə qeyd edək. Düşünürəm ki, bizim yürüşümüz təkcə Azərbaycanda deyil,  “Harley Devidson” şirkəti tərəfindən bütün Avropada izlənilir”.

Qeyd edək ki, azərbaycanlı baykerlər iyunun 15-də Vətənə yola düşəcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında