Güləşçilərimiz “Qran-Pri”nin fəxri kürsüsündə

Azərbaycanın qadın güləşçiləri Almaniyanın Dormagen şəhərində  başa çatmış “Qran-Pri” turnirində böyük uğurun sevincini yaşamışlar. Bu mötəbər yarışda xalça üzərinə çıxmış hər üç təmsilçimiz kəsgin rəqabətdə medal qazanmağı bacarmışdır.

Güləşçilərimizdən ən böyük müvəffəqiyyətə Olimpiya oyunlarının ikiqat mükafatçısı Mariya Stadnik nail olmuşdur. Azərbaycan yığma komandasının lideri 48 kq çəki dərəcəsində Polşa, Kanada və Rusiya idmançıları ilə görüşlərdə öz üstünlüyünü inamla sübuta yetirmiş, finalda isə almaniyalı rəqibindən güclü olmuşdur. Bununla da Stadnik olimpiadalarda, dünya və Avropa çempionatlarında, “Qran-Pri”lərdə və digər beynəlxalq yarışlarda qazandığı yüksək mükafatlara daha bir qızıl medal əlavə etmişdir.

Qeyd edək ki, Ümumdünya Həvəskar Güləşçilər Assosiasiyasının saytı da Mariya Stadnikin Almaniya “Qran-Pri”sində inamlı qələbəsini yüksək qiymətləndirmişdir.

Dormagen turnirində mübarizə aparmış digər iki idmançımız İrina Netreba (58 kq) və Nadejda Sementsova (69 kq) isə “Qran-Pri”nin bürünc mükafatçıları olmuşlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında