Azərbaycanın qadın boksçusu Avropa çempionudur!

Ölkəmiz üçün bu əlamətdar hadisə Buxarestdə baş vermişdir. Azərbaycan idmançısı Yelena Vıstropova Rumıniya paytaxtında keçirilmiş qadınlar arasında boks üzrə Avropa çempionatında mükəmməl hazırlıq və yüksək ustalıq  nümayiş etdirərək çıxışlarını fəxri kürsünün qızıl pilləsində başa vurmuşdur.

Təmsilçimiz 69 kq çəki dərəcəsində bütün görüşlərdə rinqi qələbə ilə tərk etmiş, o cümlədən yarımfinalda rumıniyalı, finalda isə ingiltərəli rəqiblərini məğlubiyyətə uğratmışdır.

Xüsusilə fərəhlidir ki, Vıstropova qadınların  Avropa çempionatında ölkəmizə ilk qızıl medal qazandırmışdır. İndi Olimpiya oyunları proqramında  xüsusi yeri olan bu növdə bizim də qitə çempionumuz vardır.

Yelenanın Buxarest rinqində tarixi nailiyyəti bu yarışda boksçularımızın yeganə uğuru olmamışdır. Leyla Cavadova da Avropa çempionatında inamla döyüşərək 75 kq çəki dərəcəsində üçüncü yeri tutmuş və bürünc medal qazanmışdır.

 

Oqtay BAYRAMOV,

“ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında