Azərbaycan Plovdivdə Avropa çempionatında 12 şahmatçı ilə təmsil olunacaq

İyulun 6-dan 17-dək Bolqarıstanın Plovdiv şəhərində qadın şahmatçılar arasında 15-ci şəxsi Avropa çempionatı keçiriləcək. Artıq 103 nəfər çempionatda iştirakını təsdiqləmişdir. Onlardan 58-i qrossmeysterdir.

Qitə birinciliyinin medalları uğrunda Azərbaycanın 12 şahmatçısı da mübarizə aparacaq. Bunlar Gülnar Məmmədova, Xəyalə Abdulla, Zeynəb və Türkan Məmmədyarovalar, Səbinə İbrahimova, Nərgiz Umudova, Nərmin Kazımova, Nərmin Xələfova, Günay Məmmədzadə, Aytən Əmrayeva, Nərmin Məmmədova və Nərmin Söyünlüdür.

Avropa çempionatında təmsilçilərimizin rəqibləri Rusiya, Ukrayna, Türkiyə, Polşa, Almaniya, Fransa, Xorvatiya, Bolqarıstan, Belarus və bir sıra başqa ölkələrin şahmatçıları olacaq. Reytinqə görə iştirakçıların siyahısına ukraynalı Anna Muziçuk (2521) başçılıq edir. Azərbaycan şahmatçıları arasında ən yüksək reytinqə malik Gülnar Məmmədova (2331) siyahıda 40-cıdır.

Turnir İsveçrə sistemi üzrə keçirilib 11 turdan ibarət olacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında