Yeniyetmələrin II Olimpiya Oyunlarına üç lisenziya

Azərbaycan idmançıları Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş və avqustda Çin Xalq Respublikasının Nanjinq şəhərində təşkil olunacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşımış atletika üzrə Avropa təsnifat turnirində Olimpiadaya üç vəsiqə qazanmşlar.

Üstəlik də, lisenziya sahiblərindən ikisi təsnifat yarışlarını fəxri kürsüdə başa vurmuşdur. Nazim Babayev üç təkanla tullanmaqda bütün rəqiblərindən yüksək nəticə göstərərək həm qızıl medal qazanmış, həm də Azərbaycan rekordunu təzələmişdir. Digər idmançımız Bexafete Hadies isə olimpiyaçı olmaq məqsədinə 3000 metr məsafəyə qaçış yarışlarında çatmışdır. O, yalnız almaniyalı qalibdən geri qalıb çıxışlarını gümüş mükafatla başa vurmuşdur.

Bakı startlarında Azərbaycana üçüncü lisenziyanı şüvüllə hündürlüyə tullanan Yelena Qladkova qazandırmışdır. Bu idmançımız fəxri kürsüdən kənarda qalsa da, hər halda, ümumi hesabda yeddinci yeri tutmaqla Çində Olimpiya oyunlarının iştirakçısı olmaq vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında