Azərbaycan, yoxsa Slovakiya?

Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazana biləcəkmi? Biz bu suala düz bir ildən sonra cavab alacağıq.

Hərçənd, yığmamız qarşısında duran vəzifəni artıq seçmə yarışlarında həll etməyə çox yaxın idi.  Azərbaycan voleybolçuları Sofiya və Bakıda keçirilmiş iki dövrədən ibarət turnirin sonuncu turunda Bolqarıstan komandasına uduzmaqla məsələnin həllini təxirə saldılar. Portuqaliya və Yunanıstan kollektivlərinin də daxil olduqları bizim qrupdan qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqəni qrupun qalibi Bolqarıstan komandası qazandı.

Millimiz isə final turnirində oynamaq arzusunu həyata keçirmək üçün Slovakiya voleybolçuları ilə pley-off görüşlərini gözləməlidir. Bu matçlar gələn il mayın üçüncü ongünlüyündə oynanılacaq. Rəqiblər əvvəlcə Bakıda, sonra isə Bratislavada qarşılaşacaqlar.

Pley-off mərhələsinin qalibi Polşada keçiriləcək qitə çempionatı-2015-in final mərhələsində oynamaq hüququ qazanacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında