Olimpiya rinqinin gümüş mükafatçıları

Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) dünən həlledici final görüşlərində qalib gəlib, buna qədər özlərinə təmin etdikləri gümüş mükafatları qızıl medallara çevirə bilməsələr də onları olimpiya rinqinin fəxri kürsüsünün ikinci pilləsində görmək bizim üçün çox xoş idi. Gənc boksçularımızın bu müvəffəqiyyəti şərəfinə Sinqapurun idman sarayında iki dəfə Azərbaycanın milli bayrağı yüksəyə qaldırıldı və bununla fəxr etməmək olmaz.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən qiymətli medala aparan yolda təmsilçilərimiz müvafiq surətdə irlandiyalı Rayan Barnettə və Almaniya idmançısı Artur Brilə uduzdular. Ancaq bu məğlubiyyətləri Salmanla Elvinə irad tutmaq olmaz. Onlar ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya oyunlarının gümüş mükafatçılarıdır və bu uğurları ilə Sinqapurdakı nümayəndə heyətimizin medallar kolleksiyasını daha da zənginləşdirmişlər.
Olimpiadada cəmi 12 nəfərlə təmsil olunan yığma komandamızın 8 üzvünün fəxri kürsüyə yüksəlməsi çox şeyə sübutdur. Xüsusən də ona görə ki, bu medallardan 5-i qızıl və 3-ü gümüş mükafatlardır. Belə nəticəyə çoxları həsəd apara bilər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında