Azərbaycan Rusiya ilə bir qrupda

İyulun 13-dən 20-dək İspaniyanın Antekera şəhərində keçiriləcək tələbələr arasında futzal üzrə 14-cü Avropa çempionatında Azərbaycan komandası püşk nəticəsində Rusiya yığması ilə bir qrupda çıxış edəcəkdir. Bu rəqiblərin  yarışacağı “C” qrupuna həmçinin Oman və Belarus komandaları daxildir.

Çempionatın ilkin mərhələsinin oyunları dörd  qrupda keçiriləcəkdir. Qalan üç qrupun tərkibi belədir: “A” qrupu. İspaniya, Slovakiya, Çexiya, İsrail. “B” qrupu. Braziliya, Ukrayna, İran, Almaniya. “D” qrupu. Portuqaliya, Gürcüstan, Çin, Tailand.

Qrup mərhələsinin görüşləri iyulun 14-dən 16-dək davam edəcək. Hər qrupdan ən yaxşı iki komanda dörddəbir finala çıxıb yarımfinala vəsiqə uğrunda  mübarizə aparacaq. Yarımfinalların qalibləri isə finalda öz aralarında keçirəcəkləri görüşdə dünya çempionunu müəyyənləşdirəcəklər.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında