Dubay qrossmeysterləri gözləyir

Tezliklə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri)  keçiriləcək rapid və blits üzrə dünya çempionatlarında 120-dən çox şahmatçı mübarizə aparacaq. Yarışın saytında verilmiş siyahıda iştirakçılar arasında ötən il Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş rapid üzrə dünya çempionatının qızıl medalını qazanmış Şəhriyar Məmmədyarov başda olmaqla bir qrup Azərbaycan  şahmatçısı da vardır.

Qarşıdakı turnirlərdə Məmmədyarov, eləcə də Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev və Nicat Abbasovun rəqibləri klassik şahmatda dünya çempionu Maqnus Karlsen (Norveç), keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan), Sergey Karyakin və Aleksandr Qrişuk (hər ikisi Rusiya), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ), Levon Aronyan (Ermənistan) və başqaları olacaq.

İsveçrə sistemi üzrə keçiriləcək  yarışda rapid 15, blits 21 turdan ibarətdir.  Əvvəlcə rapiddə  qalib və mükafatçılar müəyyənləşəcək  (16-18 iyun), sonra isə blits turnirinə start veriləcək (19-20 iyun).

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında