Gözlənilməz məğlubiyyətdən sonra inamlı qələbə

Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Sofiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanmışdır. Turnirin startında gözlənilmədən portuqaliyalı rəqiblərinə məğlub olan (2:3) voleybolçularımız ertəsi gün Yunanıstan kollektivinə qalib gəlmişlər - 3:1.

İki turdan sonra qrupun lideri Bolqarıstan komandasıdır. Yarış sahibləri Yunanıstan və Portuqaliya voleybolçularına eyni hesabla (3:0) qalib gəlmiş və 6 xal toplamışlar. Faiq Qarayevin yetirmələri 4 xalla ikinci yerdədirlər. Portuqaliyalılar 2 xal toplamışlar, yunanlar isə ilk iki turda xal qazana bilməmişlər.

Dünən axşam üçüncü turun oyunları keçirilmişdir. Azərbaycan kollektivi Bakı vaxtı ilə saat 20.00-da başlanan görüşdə Bolqarıstan komandası ilə qarşılaşmışdır. Bununla da iki dövrədən ibarət turnirin birinci yarısına yekun vurulmuşdur.

İkinci dövrənin oyunları mayın 29-31-də Bakıda keçiriləcəkdir. İki dövrənin ümumi yekununda yarışın qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqdır. İkinci yerin sahibi isə bu hüquq uğrunda pley-off görüşlərində mübarizə aparacaq.

 

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında