Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Parisdə fransalı həmkarı ilə görüşmüşdür

Fransada işgüzar səfərdə olan Azərbaycan Respublikasının vergilər naziri, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransalı həmkarı Alen Bertholonla görüşmüşdür.

Görüşdə A.Bertholon 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərdiklərini və bu oyunların Fransada daha geniş təbliği üçün cari ilin dekabrında Fransada Azərbaycan güləşçilərinin iştirakı ilə yarış təşkil etmək niyyətində olduqlarını bildirmişdir.

Bu təklifi böyük məmnuniyyətlə qəbul edən F.Məmmədov həmin yarışın hər iki federasiyanın təşkilatçılığı ilə keçirilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirmiş, əlavə olaraq, Avropa Oyunları ərəfəsində fransalı güləşçilərin ölkəmizdə azərbaycanlı güləşçilərlə birlikdə təlim-məşq toplantısında iştirakı və beləliklə də, Fransa güləşçilərinin yerli şəraitə daha tez adaptasiya olunmaları üçün hər cür şərait yaratmağa hazır olduqlarını bildirmişdir.

Tərəflər Bakıda keçiriləcək ilk Avropa Oyunlarının birgə təbliği istiqamətində görüləcək işlər barədə ümumi razılığa gəlmişlər.

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında