İdman xəbərləri

"Trabzonspor", "Bursaspor", "Kayserispor"
Türkiyə milli futbol çempionatında iki turdan sonra turnir cədvəlinə bu üç komanda başçılıq edir. Hələlik itkisiz irəliləyən liderlər hərəyə 6 xal toplamışlar.
İkinci turda "Trabzonspor" futbolçuları "Fənərbaxça" ilə gərgin oyunda 3:2 hesabı ilə qələbə qazanmış, "Bursaspor" səfərdə "Qalatasaray"ı məğlubiyyətə uğratmış - 2:0, "Kayserispor" isə "Karabükspor"a qalib gəlmişdir - 1:0.
Göründüyü kimi, Türkiyə klub futbolunun nəhəngləri startda liderlərdən geri qalmışlar. "Fənərbaxça" ilə "Beşiktaş"ın 3 xalı var, "Qalatasaray" isə hər iki oyunda uduzmuşdur. İndi bu komandalar avqustun 27-30-da keçiriləcək üçüncü turda öz turnir vəziyyətlərini yaxşılaşdırmağa çalışacaqlar.

{nl}

Lissabonda kim qalib gələcək?
Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası ciddi sınaq qarşısındadır. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, avqustun 26-dan 29-dək Lissabonda (Portuqaliya) keçiriləcək Avropa liqasının promofinal mərhələsində "B" divizionundan "A" divizionuna keçmək hüququ verən yeganə vəsiqə uğrunda iki qrupda altı ölkə komandaları mübarizə aparacaqlar.
Yığmamız Türkiyə və İsrail futbolçuları ilə birlikdə "B" qrupunda çıxış edəcək. "A" qrupunda isə Fransa, Macarıstan və Çexiya kollektivləri bir-birini sınağa çəkəcəklər. Qrupların qalibləri pley-off görüşündə qarşılaşacaq və bu oyunda da qələbə qazanan komanda "A" divizionuna keçəcək.

{nl}

Liderlərin yarım addımlığında
Şahmatçımız Nicat Məmmədov İspaniyanın Barselona şəhərində keçirilən XII açıq beynəlxalq turnirə inamla başlamışdır. İlk üç görüşdə iki qələbə qazanıb, bir dəfə heç-heçə oynayan Məmmədov dördüncü turda kolumbiyalı David Arenası məğlubiyyətə uğratmışdır.
Dörd turdan sonra hesabında 3,5 xal olan Azərbaycan təmsilçisi maksimum nəticə ilə turnir cədvəlinin ilk beş pilləsində irəliləyən liderlərdən yarım xal geri qalır. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan bu yarışın mükafatları uğrunda 326 iştirakçı mübarizə aparır. Dünən rəqiblər beşinci turun görüşlərində qarşılaşmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında