Əvvəlcə Sofiyada, sonra isə Bakıda

Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası növbəti sınaq ərəfəsindədir. Millimiz bu günlər Avropa çempionatının seçmə yarışlarına son hazırlıq görür.

Qitə birinciliyinin final mərhələsinə vəsiqə uğrunda mübarizədə Faiq Qarayevin yetirmələrini Bolqarıstan, Yunanıstan və Portuqaliya kollektivləri ilə gərgin görüşlər gözləyir. Bu rəqiblər iki dövrədən ibarət yarışın birinci yarısında (22-24 may) Sofiyada qarşılaşacaq, sonra isə Bakıda rəqabəti davam etdirib (29-31 may) məqsədlərinə çatmağa çalışacaqlar.

Seçmə turnirində Azərbaycan komandasının şərəfini Natalya Məmmədova, Yelena və Oksana Parxomenkolar, Natəvan Qasımova, Polina Rəhimova, Kseniya Kovalenko və başqaları qoruyacaqlar. Bu təcrübəli voleybolçular və onların rəfiqələri istər Bolqarıstan paytaxtında, istərsə də “doğma divarlar” arasında rəqiblərinə öz üstünlüklərini sübuta yetirmək üçün qarşıdakı görüşlərə səylə hazırlaşırlar.

Komanda Avropa çempionatının seçmə mərhələsinə hazırlığın sonuncu mərhələsini Sloveniyada keçirir. Yığmamız burada təlim-məşq toplanışını başa vurduqdan sonra Sofiyaya yola düşəcək. Qızlara uğurlar arzulayaq.

 

Oqtay BAYRAMOV, “ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında