Bəs kuboka kim sevinəcək?

Topaz Premyer Liqasında mövsümün əvvəlindən azarkeşləri maraqlandıran bütün suallara cavab alınmışdır. Finişə hələ iki tur qalmış çempionluğunu bayram etməyə başlamış “Qarabağ”dan və gümüş medalların sevincini yaşamış “İnter”dən sonra bürünc mükafatçı da məlum olmuşdur.

Üçüncü yerin sahibi yalnız sonuncu , 36-cı turda müəyyənləşmişdir. “Neftçi”nin səfərdə “Simurq”la görüşdə iki xal itirməsi (0:0) həmin gün öz meydanında “Sumqayıt”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradan “Qəbələ” futbolçularına milli çempionatımızı bürünc medallarla başa vurmaq imkanı vermişdir.

Son turun qalan üç oyunu da rəqiblərdən birinin qələbəsi ilə başa çatmışdır: “Xəzər-Lənkəran”-“Qarabağ”-2:1, AZAL-“İnter”-1:3, “Rəvan”-“Bakı” – 2:3.

Nəticədə rəqiblər çempionatın yekun cədvəlində finişə bu ardıcıllıqla çatmışlar: “Qarabağ” (72 xal), “İnter” (67), “Qəbələ” (61), “Neftçi” (60), “Bakı” (57), “Xəzər-Lənkəran” (49), “Simurq” (46), AZAL (31), “Sumqayıt” (25), “Rəvan” (22).

Topaz Premyer Liqasını tərk edən komanda da finişdə məlum olmuşdur. Turnir cədvəlində sonuncu yerdə qalan “Rəvan”ı növbəti çempionatda birinci divizionun qalibi “Araz-Naxçıvan” komandası əvəz edəcəkdir.

Bəs Azərbaycan kubokuna kim sahib olacaq? Futbol həvəskarları bu suala mayın 22-də keçiriləcək final görüşündən sonra cavab alacaqlar. Xatırladaq ki, fəxri mükafat uğrunda həlledici oyunda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşacaqlar.

Bu görüşün necə nəticələnəcəyindən asılı olmayaraq, 2014-2015-ci illər mövsümündə avrokuboklarda  ölkəmizi təmsil edəcək bütün klublar məlumdur. Qurban Qurbanovun başçılıq etdiyi Ağdamın “Qarabağ” komandası Çempionlar Liqasında, müvafiq surətdə gümüş və bürünc mükafatçılar paytaxtın “İnter” klubu (baş məşqçi Kaxaber Sxadadze) və rusiyalı mütəxəssis Yuri Syominin çalışdırdığı “Qəbələ”, eləcə də kubok yarışlarının finalçısı “Neftçi” (Böyükağa Hacıyev) Avropa Liqasında qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar. Avroliqada komandalarımızın rəqibləri iyunun 23-də İsveçrənin Nyön şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında