İdman xəbərləri

Dünyada ikinci
Azərbaycan avarçəkənləri Sergey Bezuqlı və Maksim Prokopenko bu böyük müvəffəqiyyətə Polşanın Poznan şəhərində yenicə başa çatmış dünya çempionatında nail olmuşlar. Təmsilçilərimiz ikinəfərlik kanoelərdə 500 metr məsafəyə final yürüşündə yalnız çempion adını qazanan Rumıniya avarçəkənlərindən geridə qalaraq fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etmişlər.
Həmin məsafədə bir çox güclü avarçəkmə dövlətlərinin nümayəndələrini, o cümlədən finişə üçüncü çatan Rusiya idmançılarını qabaqlayan Azərbaycan duetinin gümüş mükafatı bir də ona görə fərəhlidir ki, avarçəkmə Olimpiya oyunları proqramında xüsusi yeri olan idman növüdür və Bezuqlı ilə Prokopenko da London Olimpiadası - 2012-yə lisenziya qazanmaq əzmindədirlər.
Avarçəkənlərimizin Poznanda dünya çempionatında ikinəfərlik kanoelərdə 1000 və 200 metr məsafələrə yarışda müvafiq surətdə beşinci və altıncı yerləri tutduqlarını da qeyd edək.

{nl}

"Neftçi" irəli çıxır
Milli futbol çempionatımızda üçüncü turun əsas hadisəsi üç liderin hərəyə iki xal itirməsi və bundan istifadə edən "Neftçi"nin nəinki onlara çatması, hətta topların daha yaxşı fərqinə görə birinci pilləyə yüksəlməsi olmuşdur.
Üstəlik də, paytaxt klubu "Simurq"u indiki çempionat üçün hələlik rekord hesabla məğlubiyyətə uğratmışdır - 4:0. Zaqatalalıların qapısına vurulan qollardan üçünün müəllifi isə bakılıların özbəkistanlı hücumçusu Bahodir Nismanov olmuşdur. Çempionatın ən məhsuldar oyunçularının siyahısına da hesabında artıq beş qol olan bu futbolçu başçılıq edir.
"Neftçi"nin oyunçuları ölkə çempionatlarında axırıncı dəfə nə vaxt birinci yerdə olduqlarını bəlkə də unutmuşdular. İndi isə onlar turnir cədvəlinə fəxrlə baxa bilərlər. Hesabat turunda öz aralarında heç-heçə oynayan (0:0) "Xəzər-Lənkəran"la "İnter", eləcə də Gəncədə eyniadlı yerli klubla görüşdə bir xalla kifayətlənən (1:1) AZAL topların fərqinə görə "Neftçi"dən geri qalırlar. Bütün dörd liderin hərəyə 7 xalı var.
Turun qalan oyunlarının nəticələri: MOİK - "Qarabağ" - 0:1, "Turan" - "Muğan" - 1:1, "Bakı" - "Qəbələ" - 2:1.
Dördüncü turun görüşləri avqustun 28-29-da keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında