Sabah Azərbaycan daha iki qızıl medal qazana bilər

Azərbaycan idmançıları Sinqapurda finişə yaxınlaşmaqda olan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ölkəmizə daha iki qızıl medal qazandıra bilərlər. Biz bu mükafatları artıq ən azı gümüş medalları özlərinə təmin etmiş boksçular Salman Əlizadə (48 kq) və Elvin İsayevdən (57 kq) gözləyirik.
Olimpiya rinqində inamlı çıxışları ilə xoş təsir bağışlayan hər iki təmsilçimiz yarımfinal döyüşlərində rəqiblərinin öhdəsindən bacarıqla gəldi. Əlizadə finalın astanasında Sinqapur idmançısına heç bir ümid yeri qoymadı (9:1), İsayev isə Venesuela təmsilçisini məğlubiyyətə uğratdı (10:6).
Sabah keçiriləcək final görüşlərində Salman irlandiyalı rəqibinə də qalib gəlib Olimpiadanın çempionu olmağa çalışacaq, Elvin isə fəxri kürsünün zirvəsinə aparan yolda Almaniya boksçusunu sınağa çəkəcək.
Onların hər ikisinə həlledici döyüşlərdə də uğurlar arzulayıb diqqətinizə çatdıraq ki, Olimpiya oyunlarının səkkiz günündən sonra Azərbaycan yığması 6 medal - 5 qızıl və 1 gümüş mükafatla ümumkomanda hesabında Çin, Rusiya, Ukrayna, İtaliya, Koreya Respublikası, Macarıstan və Avstraliya kollektivlərindən sonra 205 ölkə arasında səkkizinci yerdə idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında