“Böyük dəbilqə”nin altı medalı Azərbaycan cüdoçularına təqdim olundu

Üç gün ərzində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turniri iştirakçıların tərkibinə görə çox mötəbər yarış olmuş və onun mükafatları uğrunda 44 ölkədən 300-ə yaxın tatami ustası mübarizə aparmışdır. Medallardan altısı Azərbaycan idmançılarına təqdim olunmuşdur.

Komandamızda ən böyük müvəffəqiyyəti 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov qazanmışdır. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir. Bu çəkidə gümüş mükafata isə Orxanın komanda yoldaşı Vüqar Şirinli sahib olmuşdur.

Elxan Məmmədov da (100 kq) çıxışlarını gümüş medalla başa vurmuşdur. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (81 kq) və Kifayət Qasımova (57 kq) isə üçüncü yeri tutaraq bürünc medal qazanmışlar.

Nəticədə Azərbaycan yığması 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla komanda hesabında dördüncü nəticə göstərmişdir. İlk üç yeri isə Fransa (3+2+2), Hollandiya ( 2+1+2) və Rusiya (1+2+5) komandaları tutmuşlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında