“Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü və dördüncü mərhələləri

“Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü mərhələsində  idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 kilometr məsafə qət etmişlər. Finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının nümayəndəsi, “Qxubeka” komandasının üzvü Yusef Reqiqi çatmışdır.

İkinci yeri sloveniyalı Matey Muqerli (“Adria Mobil” komandası, Sloveniya), üçüncü yeri İsveçin “Şimano” komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutmuşdur.

 Veloyürüşün bu mərhələsinin qaliblərinə və mükafatçılarına prizləri turun təşkilat komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan veloyürüşçüsü Aleksandr Averin təqdim etmişlər.  Üç mərhələdən sonra avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling” komandası) yenə də veloyürüşün lideri və göy maykanın sahibidir. Sloveniyalı Matey Maqerli (“Adria Mobil” komandası) iki mərhələnin yekunlarına əsasən sprintdə ən yaxşı nəticə göstərmişdir. Primoz Roqliç “Dağ kralı” və qırmızı maykanın sahibidir. İsveçin “Giant-Şimano” komandasını təmsil edən isveçli Fredrik Lyudviqson isə gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi lider maykasına sahib olmuşdur.

Dünən isə  2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilib. Yürüşün bu hissəsi saat 10:30-da Qəbələdən start götürüb və velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər. Üçüncü mərhələdə olduğu kimi, bu dəfə də qalib CAR-ın ”MTN Qhubeka" komandasının velosipedçisi olub - 2007-ci il “Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi, almaniyalı Linus Gerdemann finişə hamıdan tez çatıb - 2 saat, 59 dəqiqə, 4 saniyə. O həm də mərhələnin ən yaxşı dağ velosipedçisi kimi qırmızı “AZAL” maykasına layiq görülüb. Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin finişi liderin arxasınca keçib və 2-ci olub. Bu, Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə kömək edib və bununla da velosipedçi göy “SYNERGY GROUP” maykasını qazanıb. İlk üçlüyü Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts tamamlayıb - o mərhələ qalibinə 1 dəqiqə, 55 saniyə uduzub. Yeri gəlmişkən, ukraynalı velosipedçi 4-cü mərhələnin ən yaxşı sprinteri kimi yaşıl “SOCAR” köynəyinə layiq görülüb. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi “ATAHOLDİNG” köynəyinin də sahibi dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) məxsusdur. “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstəriciyə Markus Eybeger imza atıb - o 3 saat, 2 dəqiqə, 48 saniyə nəticə ilə 28-ci olub.

“Tour d’Azerbaidjan-2014” vüloyürüşünə sabah yekun vurulacaq. İştirakçılar saat 09.00-da Azadlıq Meydanından start götürməklə şəhər küçələri ilə 6 dövrə vuracaqlar və ümumilikdə 202 kilometr məsafə qət edəcəklər.

 

 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında