Avropa çempionatında beş medal

 

 

 

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş kişi və qadınlar  arasında taekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarından beş nəfəri çıxışlarını fəxri kürsüdə  başa vurmuşdur. Onlara bir qızıl və dörd bürünc medal təqdim olunmuşdur.

Taekvondo ustalarımızdan ən böyük müvəffəqiyyəti 87 kq çəki dərəcəsində daha yaxşı hazırlıq nümayiş etdirən Radik İsayev qazanmışdır. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olmuşdur.

Azərbaycan komandasının  daha dörd üzvü Ramin Əzizov

( 80 kq), İlkin Şahbazov (74 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) isə üçüncü yeri tutaraq bürünc medal qazanmışlar.

“Naxçıvan kuboku”nu Azərbaycan komandası qazandı

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” turniri Azərbaycan komandasının inamlı qələbəsi ilə başa çatmışdır. Güləşçilərimiz iki gün davam edən yarışın finalında Ukrayna yığmasına 8:0 hesabı ilə qalib gəlmişlər.

Bu komandalarla yanaşı, turnirdə Naxçıvan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Özbəkistan kollektivləri də iştirak etmişlər. Üçüncü yeri Rusiya güləşçiləri tutmuşlar. Onlar bürünc medallar uğrunda matçda qazaxıstanlı rəqiblərini məğlubiyyətə uğratmışlar-5:3.

Beşinci yerə Türkiyə komandası üzərində 5:3 hesabı ilə qələbə qazanan Naxçıvan kollektivi sahib olmuşdur. Yeddinci yer uğrunda görüşdə isə Gürcüstan güləşçiləri Özbəkistan idmançılarına qalib gəlmişlər-6:2.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında