Vüqar Həşimovun xatirə turniri finişin astanasında

 

 

Vüqar Həşimovun xatirə turniri finişin astanasında

Şəmkirdəki  Heydər Əliyev Mərkəzində Azərbaycan şahmatının ən görkəmli yetirmələrindən biri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir artıq finişə yaxınlaşır.

On turdan ibarət yarışın yeddinci raundunda Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla, Sergey Karyakin (Rusiya) Fabiano Karuana (İtaliya) ilə heç-heçəyə razılaşmışlar, Maqnus Karlsen (Norveç) qaralarla Hikaru Nakamuraya (ABŞ) qalib gəlmişdir.

Bu rəqiblərin yarışdıqları “A” turnirində ilk yeddi turda ən yaxşı nəticəni Karlsen göstərmişdir-4,5 xal. Dünya çempionu 4 xalla ikinci mövqedə olan Rəcəbovdan yarım addım irəli çıxmışdır. Karuana və Karyakin hərəyə 3,5, Nakamura 3, Məmmədyarov 2,5 xal toplamışlar.

“B” qrupunda isə yeddi turdan sonra turnir cədvəlinin ən yüksək pillələrində fransız Etyen Bakro və ukraynalı Pavel Elyanov yanaşı addımlayırlar. Liderlər hərəyə 4,5 xal toplamışlar. Çinli Van Hao, polyak Raymondas Voytaşek və azərbaycanlı qrossmeyster Qədir Hüseynov 4 xalla üç-beşinci mövqelərdə qərar tutmuşlar.

Dünən hər iki qrupda səkkizinci turun görüşləri keçirilmişdir. “A” turnirində Rəcəbov Karuana ilə qarşılaşmış, Məmmədyarovun rəqibi Nakamura olmuş,  Karlsen isə Karyakinlə görüşmüşdür.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında