İdman xəbərləri

Sonuncu beş olimpiyaçımız starta çıxır
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında sonuncu beş təmsilçimiz bu gün mübarizəyə qoşulacaq. Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elvin İsayev (57 kq) boks, Cəlil Cəlilov (66 kq) cüdo və Yaroslav Kutsev avarçəkmə yarışlarında Azərbaycana növbəti medallar qazandırmağa çalışacaqlar.
Xatırladaq ki, hələlik Olimpiadada Azərbaycan yığma komandasının hesabında altı mükafat - 5 qızıl və 1 gümüş medal vardır. Yunan-Roma üsulu ilə güləşənlər Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq), qadın güləşçi Patimat Baqomedova (52 kq), sərbəst üsulla güləşən Əli Maqomadabirov (100 kq) və ağırlıqqaldıran Nicat Rəhimov (69 kq) olimpiya oyunlarının çempionu olmuşlar, Kənan Quliyev (sərbəst güləş, 54 kq) isə çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuşdur.

{nl}

Bu dəfə ümidlərimiz doğrulmadı
Yox, "Qarabağ" UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin birinci "raundu" çərçivəsində Almaniyanın Dortmund şəhərində yerli "Borussiya" ilə görüşdə zəngin təcrübəli rəqibinə layiqli müqavimət göstərə bilmədi. Start həyəcanını heç cür aradan qaldıra bilməyən Ağdam futbolçularının inamsız oyunu və kobud səhvləri hələ birinci hissədə "Borussiya"nın qapımıza dörd cavabsız top vurması ilə nəticələndi.
Fasilədən sonra almanların xeyrinə 4:0 hesabı dəyişmədi. Nəticədə "Qarabağ"dan yenə də fəal və məhsuldar oyun gözləyən azərbaycanlı futbol pərəstişkarlarının bu dəfə ümidləri doğrulmadı. Böyük hesabla məğlubiyyət Avroliqanın qrup mərhələsinə vəsiqə uğrunda mübarizədə komandamızı əslində çıxılmaz vəziyyətə salmışdır. Bakıda cavab görüşü isə avqustun 26-da keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında