Rəcəbov Karlsenə qara fiqurlarla qalib gəldi

 

 

 

 

 

Məşhur azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən “Shamkir Chess 2014” beynəlxalq şahmat turnirinin beşinci turu yarış sahiblərinə ikiqat sevinc gətirmişdir. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk qələbələrini qazanmışlar. Üstəlik də, Rəcəbov ”A" qrupunda vahid lider mövqeyinə yüksəlmişdir.

Şahmatçımız ona iki dövrədən ibarət turnirin birinci dövrəsinin qalibi olub, təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduqları istirahət gününü daha yaxşı əhval-ruhiyyə ilə qarşılamaq imkanı verən qələbəyə ötən ilin noyabrından dünya çempionu adı daşıyan Maqnus Karlsen ilə görüşdə  nail olmuşdur. Qara fiqurlarla oynayan Rəcəbov norveçli rəqibini 51-ci gedişdə məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Məmmədyarov isə Şəmkirdə qələbələrinin hesabını italiyalı Fabiano Karuana ilə görüşdə açmışdır. Bu oyun hesabat turunda daha çox davam edən görüş olmuşdur. Şəhriyar gərgin mübarizənin taleyini 84-cü gedişdə öz xeyrinə həll etmişdir. Ötən ay Xantı-Mansiyskdə keçirilmiş iddiaçıların turnirindəki kimi Şəhriyarın Şəmkirdə də uğursuz startdan sonra ruhdan düşməməsi   onun Karuana ilə görüşdə qazandığı müvəffəqiyyəti ikinci dövrədə daha da inkişaf etdirəcəyinə böyük inam yaradır.

Ötən turun təkcə bir oyununda rəqiblərin imkanları bərabər olmuşdur. Hikaru Nakamura (ABŞ)-Sergey Karyakin (Rusiya) görüşündə rəqiblər heç-heçəyə razılaşmışlar.

Beş turdan sonra turnir cədvəlinə tək-tənha başçılıq edən Rəcəbovun 3 xalı vardır. Karlsen, Karuana, Karyakin və Nakamura 2,5, Məmmədyarov 2 xal toplamışlar.

“B” turnirində isə birinci dövrədə ən yaxşı nəticəni Etyen Bakro göstərmişdir. Fransalı qrossmeyster 4 xalla vahid liderdir.  Turnir cədvəlinin ikinci pilləsində ondan yarım xal geri qalan Ukrayna təmsilçisi Pavel Elyanov irəliləyir. Üç-dördüncü mövqelərdə olan Azərbaycan şahmatçısı Qədir Hüseynov və polşalı Radoslav Voytaşek hərəyə 3 xal toplamışlar.

Dünən turnirdə istirahət günü idi. İkinci dövrəyə bu gün keçiriləcək Rəcəbov-Karyakin, Məmmədyarov-Karlsen və Karuana-Nakamura görüşləri ilə start veriləcəkdir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında