Vüqar Həşimovun xatirə turnirində ilk qələbəni Maqnus Karlsen qazandı

 

 

 

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən və məşhur azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq  turnir bütün şahmat aləmində ilin ən mюtəbər yarışlarından biri hesab olunur. Təşkilatçıların dəvətini dərin minnətdarlıq hissi ilə qəbul etmiş rəqiblər iki qrupda mübarizə aparırlar və “A” qrupu iştirakçıların tərkibinə  gюrə ən yüksək, 22-ci kateqoriyaya aid edilir.

Bu turnirin mükafatları uğrunda başda norveçli dünya çempionu Maqnus Karlsen olmaqla, Fabiano Karuana   (İtaliya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya) və Vüqar Həşimovun həmvətənləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov mübarizə aparırlar.

Start turunda yalnız bir qələbə qeydə alınmışdır. Ağlarla oynayan Karlsen Məmmədyarovla gюrüşün taleyini юz xeyrinə həll etmişdir. Karyakin-Rəcəbov və Karuana-Nakamura gюrüşlərində qrossmeysterlər hərəyə yarım xal qazanmışlar. Nəticədə, dünya çempionu Karlsen superturnirin ilk lideri olmuşdur. “B” turnirində daha çox – on iştirakçı yarışır. Bu rəqiblərdən beşi Azərbaycan şahmat məktəbinin yetirmələri Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasovdur. Onların qonaqları isə çinli Van Hao, ukraynalı Pavel Elyanov, fransız Etyen Bakro, Polşa təmsilçisi Radoslav Voytaşek və rusiyalı Aleksandr Motılyovdur.

Birinci turda bu qrossmeysterlərdən heç biri digərinin müqavimətini qıra bilməmiş və hamı oyun salonunu “dinc” nəticə ilə tərk etmişdir. Voytaşek-Durarbəyli, Elyanov-Məmmədov, Motılyov-Abbasov, Səfərli-Hüseynov və Van Hao-Bakro gюrüşləri heç-heçə başa çatmışdır.

Xatırladaq ki, “A” turniri iki dюvrədən ibarətdir və rəqiblər  hərəyə on gюrüş keçirəcəklər. Dünən ikinci turun gюrüşləri oynanılmışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında