Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimi olmuşdur

 

 

Aprelin 19-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, turnirin açılış mərasiminə toplaşanlar əvvəlcə Vüqar Həşimovun xatirəsini bir dəqiqə sükutla yad etmişlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov yarış iştirakçılarına müvəffəqiyyətlər arzulamışdır. O, Azərbaycanın dünya idmanının mərkəzlərindən birinə çevrildiyini qeyd etmiş və ümidvar olduğunu bildirmişdir ki, bu turnirdə ən güclü iştirakçı qalib gələcəkdir. N.Veysov bu yarışın bюyük əhəmiyyətini qeyd edərək demişdir: “Bu turnirin məhz Şəmkirdə keçirilməsi bizim üçün bюyük şərəfdir. Rayonumuz sürətlə inkişaf edir. Biz yarışların yüksək səviyyədə keçməsi və bütün qonaqlarımızın razı qalması üçün nə mümkündürsə, edəcəyik”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir: “Bu gün Azərbaycanda юlkə tarixində ən güclü şahmatçılardan birinin xatirəsinə həsr edilmiş turnir başlayır. Təəssüf ki, bu gün o bizim aramızda yoxdur”.

 İ. İsmayılov Vüqar Həşimovun nailiyyətlərini xatırladaraq vurğulamışdır ki, 2009-cu ildə Avropa çempionatında bu şahmatçı yeddi saat davam etmiş gərgin mübarizədən sonra rəqibini məğlub edərək, Azərbaycan yığmasının qələbəsində çox mühüm rol oynamışdır. İ.İsmayılov onu da qeyd etmişdir ki, son illərdə Azərbaycanda bir sıra bюyük beynəlxalq turnirlər keçirilmişdir və gələcəkdə də belə turnirlər keçiriləcəkdir.

Sonra çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan şahmat məktəbinin formalaşmasında bюyük rolu oynamışdır. Məhz ulu юndərin sayəsində юlkədə istedadlı şahmatçı nəsli yetişmişdir. Azərbaycan Prezidenti İlham Əliyev də şahmatın inkişafına bюyük diqqət yetirir.

Юlkədə şahmatın inkişafı üzrə Dюvlət Proqramı qəbul edilmişdir. Son vaxtlar Azərbaycan əsl şahmat dюvlətinə çevrilmişdir. Hazırda Azərbaycan yığmasının Avropa çempionu olması faktı bunu təsdiq edir. 2016-cı ildə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcəkdir. Bu, həqiqətən, mюhtəşəm hadisədir.

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimov qeyd etmişdir ki, bu turniri həm də Vüqarın dostlarının turniri adlandırmaq olar. O demişdir: “Vüqar bu zalda əyləşən insanlarla şahmat oynamış, onlarla birlikdə Azərbaycan üçün Avropa çempionu titulu qazanmışdır. Bu gün düz 100-cü gündür ki, Vüqar bizim aramızda yoxdur. Vüqar yalnız mənim oğlum deyildi, o həm də bütün Azərbaycan xalqının oğlu idi. O, юz şahmat karyerası dюvründə 80-dən çox medal qazanmışdır”. Q.Həşimov turnirin təşkilatçısının - “Synergy Group” şirkətinin peşəkar işini də qeyd etmiş və bu yarışın ənənəvi hal alacağına ümid etdiyini bildirmişdir.

Açılış mərasimində istedadlı Azərbaycan qrossmeysteri haqqında “Vüqar Həşimovun təbəssümü” adlı videoçarx nümayiş etdirilmişdir.

Sonra Vüqar Həşimova və Şəmkir turnirinə həsr edilmiş marka təqdim olunmuşdur. Markanı turnirin apelyasiya komissiyasının rəhbəri, Vüqar Həşimovun dostu və onun məşqçilərindən biri - moldovalı qrossmeyster Viorel İordakesku təqdim etmişdir.

V.İordakesku demişdir: “Vüqar Həşimov ilə tanış olduğum gün mənim həyatımda ən xoşbəxt günlərdən biri olmuşdur. Vüqar mənim həyatımın bir hissəsinə, ailəmin bir hissəsinə çevrilmişdi. Onun юlümü ilə əlaqədar sanki həyatımın bir hissəsini itirmişəm”.

“Synergy Group” şirkətinin Müşahidə Şurasının rəhbəri Riad Hüseynov turniri açıq elan etmişdir.

Sonra püşkatma mərasimi keçirilmişdir.

Turnirin baş arbitri - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında