İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 37-ci Beynəlxalq Bakı turnirinin açılışı olmuşdur

 

 

Aprelin 19-da Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 37-ci Beynəlxalq Bakı turnirinin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş və iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilmişdir.

Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və məşhur sərkərdə Həzi Aslanovun nəvəsi Elçin Aslanov idmançılara uğurlar arzulamışlar. Onlar ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Vurğulanmışdır ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir və beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinin, mötəbər yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 Sonra müxtəlif çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxmışlar.

Yarışda 11 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, İtaliya, Çexiya və Slovakiyadan 300-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Turnirin əsas məqsədi xalqımızın qəhrəman övladlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, yeniyetmə idmançıların ustalığının artırılması, qonşu ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.

Turnir aprelin 20-də başa çatacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında