“Nakhchivan Open-2014” – ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalı

 

 

Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində respublikamızda idmanın, o cümlədən şahmatın inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən bu ənənəvi yarışın təntənəli açılış mərasimi mayın 3-nə nəzərdə tutulmuşdur. İlk görüşlər isə ertəsi gün oynanılacaq.

Beynəlxalq şahmat festivalı üç turnirdən (“A”, “B” və “C”) ibarət olacaq. Ən güclülərin yarışacağı “A” turnirində reytinqi 2250 və daha çox olan şahmatçılar mübarizə aparacaqlar. Qadın iştirakçıların isə reytinq göstəricisi ən azı 2100 olmalıdır.

 “B” turnirində reytinqi 2249-dan az olanlar, “C” turnirində isə 12 yaşadək şahmatçılar çıxış edəcəklər. Festivalın baş hakimi beynəlxalq dərəcəli hakim, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.

 “ A” turniri İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olacaq. Artıq bu yarışın bir çox iştirakçısı məlumdur. Turnirdə qələbə uğrunda ukraynalı Yuri Kuzubov (2639), hindistanlı Surya Qanquli (2631), Gürcüstan təmsilçisi Mixeil Mçedlişvili (2628), Pavel Smirnov (Rusiya, 2624), İqor Kovalenko (Latviya, 2611) və başqaları mübarizə aparacaqlar.

 Əlbəttə, turnirdə Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də çıxış edəcəkdir. Elə indidən bu qənaətə gəlmək olar ki, mayın birinci yarısında naxçıvanlı şahmat həvəskarlarını çox maraqlı bir festival gözləyir.

 Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında