Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilmişdir

 

Aprel ayının 12-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasında vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilmişdir. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilmişdir.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını salamlayaraq bildirmişdir ki, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra şahmatın inkişafına güclü təkan verilmişdir. Həmin dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, Azərbaycan şahmat məktəbi formalaşmağa başlamışdır.

S.Ələkbərov Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət başçısının 2009-2012-ci ildə respublikamızda şahmatın inkişaf etdirilməsi ilə bağlı ayrıca sərəncam imzaladığını və Dövlət Proqramının qəbul edildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bütün bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Bu ilki şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilmişdir. Həmin mükafat yarışda ən qısa vaxt ərzində qalib gəlmiş iştirakçıya veriləcəkdir. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 3-də başa çatacaqdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında