İddiaçıların turnirində “sakit” başlanğıc

 

 

 

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Xantı-Mansiyskdə yenicə starta çıxmış iddiaçıların dünya birinciliyi uğrunda turnirinə “dinc” nəticə ilə başlamışdır. Azərbaycan şahmatçısı ilk görüşdə ağlarla bolqarıstanlı keçmiş dünya çempionu Veselin Topalova qarşı oynamış və 36-cı gedişdə heç-heçəyə razılaşmışdır.

Birinci turun daha iki oyununda rəqiblər hərəyə yarım xal qazanmışlar. Rusiyalı həmvətənlər Dmitri Andreykinlə Vladimir Kramnik və Sergey Karyakinlə Pyotr Svidler bir-birinin müqavimətini qıra bilməmişlər.

Start turunda təkcə hindistanlı Vişvanatan Anand qələbə sevinci yaşamışdır. Keçmiş dünya çempionu Levon Aronyanla (Ermənistan) görüşdən qalib ayrılmış və iddiaçıların turnirinin ilk lideri olmuşdur.

Dünən keçirilən ikinci turda Məmmədyarov Aronyanla görüşmüşdür. Şəhriyar bu dəfə qara fiqurlarla oynamışdır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında