Qadın idmançılar bayramlarını yarış meydanında qeyd edirlər

 

Öz bayramlarına layiqli töhfələr vermək əzmində olan Azərbaycanın ən yaxşı qadın idmançıları bu günlər yarış meydanlarında növbəti qələbələr uğrunda gərgin mübarizə aparırlar.

Voleybol. Ölkə çempionu “Rabitə” klubu Azərbaycan Superliqasında  növbəti görüşünü “Krystal Hall” sarayında “Azərreyl”ə qarşı keçirmiş və 3:0 hesabı ilə qələbə qazanmışdır. Bu müvəffəqiyyətdən sonra xal ehtiyatını 24-ə çatdıran qalib komanda turnir cədvəlində vahid liderdir.

Artıq xəbər verdiyimiz kimi, “Rabitə” martın 15-16-da paytaxtımızda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nda da rəqiblərini iki gün əvvəl uğurla sınaqdan çıxardığı “Krystal Hall  ”sarayında qəbul edəcəkdir. Çempionumuza Türkiyənin “Vakıfbank”, “ Əczaçıbaşı” və Rusiyanın “Dinamo” (Kazan) komandaları ilə qarşıdakı kəskin rəqabətdə uğurlar arzulayaq.

Şahmat. Milli çempionatımızın medalları uğrunda 12 iştirakçı, o cümlədən üç qrossmeyster (Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova)  mübarizə aparır. Bir dövrədən ibarət turnirdə rəqiblər hərəyə 11 görüş keçirəcəklər.                İki şahmatçı start turlarını itkisiz başa vurmuşdur. Nərmin Kazımova və Xəyalə Abdulla hər iki görüşdə qələbə qazanaraq hərəyə 2 xal toplamışlar. Üçüncü pillədə irəliləyən Aytən Əmrayeva onlardan yarım xal geri qalır. Dünən axşam rəqiblər üçüncü turun görüşlərində qarşılaşmışlar.

Bədii gimnastika. Bu gün Fransada “Qran-Pri” turnirinə start veriləcəkdir. İki gün davam edəcək  yarışlarda şəxsi hesabda Azərbaycanı Gülsüm Şərifzadə təmsil edəcək. Qrup hərəkətləri üzrə komandamız isə Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət heyətlə yarışacaq.

Xatırladaq ki, qrup hərəkətləri üzrə komandamız bir həftə əvvəl Moskva “Qran-Pri”sində də çıxış etmiş və bu yarışlarda iki dəfə fəxri kürsüyə dəvət olunmuşdur. Rusiya paytaxtında bədii gimnastlarımız gümüş və bürünc medalların sevincini yaşamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında