XIX MİLLƏTLƏR BİRLİYİ

İDMAN OYUNLARI
2010
NYU DELHİ

{nl}

2010 Birlik Oyunları 3-14 oktyabr 2010-cu ildə Delhidə keçiriləcək. Oyunlar indiyə qədər Delhidə və ümumiyyətlə, Hindistanda keçirilmiş ən böyük idman tədbiri olacaq. İndiyə qədər Hindistanda 1951-ci və 1982-ci illərdə Asiya Oyunları keçirilmişdir. Adətən, "Birlik" kimi tanınan "Millətlər Birliyi" hökümətlərarası təşkilatdır və 54 müstəqil ölkə burada bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır. Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Millətlər Birliyi müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Üzv ölkələri altı qitə o cümlədən Afrika (19), Asiya(8), Okeaniya, Amerika (2)
Karib hövzəsi(12), Avropa (3), Cənub Sakit okean təmsilçiləri (10) birləşdirir. Bu ölkələrin ikisindən başqa hamısı keçmiş Britaniya İmperiyasının tərkibində olmuşdur.
{nl}

Tədbirin açılış mərasimi Nyu Delhi Cavahirləl Nehru adına stadionda keçiriləcək. Hindistan və paytaxtı indiyə qədər baş tutmuş ən yaxşı Birlik Oyunlarını keçirmək üçün hazırlıq görmüşdür. Tədbirdə iştirak edəcək atletlər, rəsmilər, izləyicilər və qonaqlar üçün hər cür şərait yaradılmışdır. Tədbirin təşkilat komitəsi ictimaiyyət və gələcək nəsillər tərəfindən də istifadə olunacaq yüksək səviyyəli infrastruktur imkanları ilə yeni standartlar yaratmış olduğunu digər ev sahibi olmuş millətlərə sərgiləmək istəyir.

{nl}

Millətlər Birliyi Oyunları Hindistanda ilk dəfə keçirilir. Ümumiyyətlə, bu oyunlar Asiyada ikinci dəfə keçiriləcək. 1998 ildə Kuala Lumpurda (Malayziya) keçirilmişdir.
Tədbirə ev sahibliyi etmək üçün ayrılmış büdcə 1,6 milyard dollardır. Bu məbləğə idmana aidiyyəti olmayan infrastruktur daxil deyil. Məsələn, 3 milyard dollara başa gələn və 3 iyul tarixdə istifadəyə verilmiş yeni hava limanı, metro sisteminin 45,83 km uzadılması və s. Belə infrastruktur inkişafı xərclərinə əlavə olaraq 2,5 milyard dollar ayrılmışdır.

{nl}

15 AVQUST 2010 - HİNDİSTANIN MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİKLƏRİMİZİ ÇATDIRIRIQ

{nl}


Baş nazir Dr. Manmohan Sinq 1 iyun 2010 tarixdə xalqa müraciətində qeyd etmişdir ki, Hindistan Millətlər Birliyi Oyunları 2010 tədbirini həm ölkənin idman imkanlarını nümayiş etdirmək, həm də belə böyük tədbirin keçirilməsində təşkilati bilikləri olduğunu sərgiləmək imkanı kimi nəzərdən keçirir. İdmanın əhəmiyyətini, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsini və turizmi təşviq etməkdən başqa, Millətlər Birliyi Oyunları 2010 tədbiri milləti müasir beynəlxalq standart idman infrastrukturu ilə təmin edəcəkdir.

{nl}

2006-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilmiş Millətlər Birliyi Oyunlarında Hindistan 42 medal qazanmışdır ki, bunlardan 22-si qızıl, 19-u gümüş və 11-i bürünc medaldır. Bu dəfə bəzi dünya çempionlarının dəstəyi ilə Hindistan ən azı 50 medal qazanmağa ümid edir.
Delhi və bütün Hindistan xalqı 2010 ilin oktyabr ayında bütün idmançıları, rəsmiləri və qonaqları XIX Millətlər Birliyi Oyunları üçün qəbul etməyə hazırdır.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında