Nəsimi rayon gəncləri idman bayramını qeyd etdilər

 

 

Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmə və gənclər arasında tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev Azərbaycanda bədən tərbiyəsi və idmanın yüksək sürətlə inkişafından söhbət açdı,  Bədən Tərbiyəsi və İdman Gününün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edildiyini bildirdi.

 Azərbaycanda idmana dövlət qayğısından danışan E.Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrildiyini vurğuladı. Natiq qeyd etdi ki, Azərbaycanda idman sahəsində yüksək nailiyyətlərin əldə edilməsində Nəsimi rayon gənclərinin də payı vardır. 

Tədbirdə çıxış edən Nəsimi rayon icra başçısının müavini Gülarə Verdiyeva Bədən Tərbiyəsi və İdman Gününün Prezident İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildən ənənəvi olaraq hər il böyük coşqu ilə qeyd edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunmasının təsadüfi olmadığını bildirən G. Verdiyeva bildirdi ki, məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkədə bədən tərbiyəsi və idmanın daha yüksək sürətlə inkişaf etdiyini deyən G.Verdiyeva son illər Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinin, mötəbər idman yarışlarının ölkəmizdə keçirilməsinin və ilk Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin qürurverici olduğunu bildirdi.

Sonra yeniyetmə idmançıların iştirakı ilə voleybol, futbol və basketbol üzrə nümunəvi çıxışlar oldu.

Sonda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Nəsimi rayon məktəbliləri arasında keçirilmiş futbol, voleybol və basketbol turnirlərində fərqlənmiş komandalar mükafatlandırıldılar.

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında