Çempion liderə qarşı

 

Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları olacaq. Turun mərkəzi görüşündə sonuncu ölkə çempionu “Neftçi” indiki lider “Qarabağ”ı qəbul edəcəkdir.

 Lənkəranda da azarkeşləri gərgin mübarizə vəd edən oyun gözləyir. Orada “Xəzər-Lənkəran” “İnter”i sınağa çəkəcək. Qalan üç oyunda isə “Bakı” ilə “Sumqayıt”, “Simurq”la “Qəbələ” və “Rəvan” ilə AZAL qarşılaşacaqlar.

 Bu tur ərəfəsində “Qarabağ”ın vahid lider mövqeyi kifayət qədər möhkəm görünür. Hesabında 46 xal olan Ağdam klubu turnir cədvəlində ən yaxın izləyicisi “Qəbələ”dən 4 xal irəlidədir. Üçüncü yerdə olan “Bakı”nın 40 xalı vardır. Sonrakı üç pillədə “Neftçi” (39 xal), “İnter” (38) və “Xəzər-Lənkəran” (30) qərar tutmuşlar.

 Qarşıdakı oyunlardan sonra Avropa çempionatı-2016-nın seçmə görüşlərinə hazırlaşan Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçirəcəkdir. Yığmamız toplanış çərçivəsində martın 5-də Filippin komandası ilə yoldaşlıq görüşündə meydana çıxacaq. Bu matç Azərbaycan futbolçularının sentyabrın 9-da Bakıda qitə birinciliyinin seçmə mərhələsinin startında Bolqarıstan komandasına qarşı keçirəcəkləri oyuna aparan yolda hazırlıq xarakterli ilk görüş olacaq. Milli çempionatımızda isə növbəti, 25-ci turun oyunları təqvimdə martın 8-9-na təyin edilmişdir.

 Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında