Rumıniyalı və belçikalı hakimlər

Ağdamın "Qarabağ" klubunun öz tarixində keçirəcəyi ən mühüm, ən məsul iki oyunu rumıniyalı və belçikalı hakimlər idarə edəcəklər. Avqustun 19-da Bakı vaxtı ilə gecəyarısı - 00:05-də UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin birinci "raundu" çərçivəsində Almaniyanın Dortmund şəhərinin "Siqnal İduna Park" stadionunda başlanacaq matçda rəqibləri meydana rumıniyalı hakim Pavel Kristian Balay dəvət edəcəkdir.
UEFA Bakıda cavab görüşünün hakimliyini isə Belçika Futbol Federasiyasının nümayəndəsi Serj Qumyenniyə həvalə etmişdir. İki oyunun ümumi yekununda Avroliqanın qrup mərhələsinə bu rəqiblərdən hansının - zəngin təcrübəli "Borussiya"nın, yoxsa ötən ildən bəri Norveç, Finlandiya, Makedoniya, Şimali İrlandiya və Polşa klublarını yarışlardan kənarlaşdırmaqla çoxlarının diqqətini özünə cəlb edən Azərbaycanın Ağdam şəhərinin "Qarabağ" klubunun vəsiqə qazanmasının şahidlərindən biri də məhz Qumyenni olacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda oyun saat 21-də başlanacaq.
İkinci tur kimə nə vəd edir?
Bu gün AZAL - "Turan" görüşü ilə Unibank Premyer Liqasında ikinci tura start veriləcəkdir. Əgər bu oyunda "təyyarəçilər" çempionatın açılışı günü "Bakı" ilə görüşdə qazandıqları müvəffəqiyyəti (3:2) bir qədər də inkişaf etdirib ardıcıl ikinci qələbəyə can atacaqlarsa, birinci turda öz meydanlarında "İnter"ə böyük hesabla (0:3) məğlub olan Tovuz futbolçuları bu dəfə inamlı və məhsuldar oyunla həmin uğursuzluğu pərəstişkarlarına unutdurmağa çalışacaqlar.
Turun dörd oyunu sabah keçiriləcəkdir: "Qəbələ" - "Neftçi", "Muğan" - "Bakı" , "İnter" - MOİK və "Simurq" - "Xəzər-Lənkəran".
"Qarabağ" - "Gəncə" görüşü isə Ağdam klubunun UEFA Avropa Liqası turnirinin pley-off mərhələsində Almaniyanın Dortmund şəhərinin "Borussiya" komandası ilə oyuna hazırlığı ilə əlaqədar başqa vaxta keçirilmişdir.
Dünya birinciliyində finiş yaxınlaşır
Polşada 20 yaşınadək şahmatçılar arasında dünya birinciliyi tədricən finişə yaxınlaşır. On üç turdan ibarət yarışda doqquz "raundun" görüşləri artıq arxada qalmışdır.
Azərbaycanın altı təmsilçisi arasında hələlik ən yaxşı nəticəni qızların turnirində Gülnar Məmmədova göstərmişdir. Həmyerlimiz doqquzuncu turda ukraynalı rəqibini məğlubiyyətə uğradaraq xal ehtiyatını 6,5-ə çatdırmış və beşinci pilləyə yüksəlmişdir. Turnir cədvəlinə isə əvvəlkitək sloveniyalı İrina Muziçuk başçılıq edir. Liderin 8 xalı vardır. İkinci-dördüncü yerləri bölüşdürən üç iştirakçı hərəyə 7 xal toplamışdır. Hesabat turunda Moldova şahmatçısı ilə heç-heçə oynayan Xəyalə Abdulla 5,5 xalla 17-ci yerdədir.
Oğlanların dünya birinciliyində 7,5 xala malik Dmitri Andreykin (Rusiya) liderdir. Vasif Durarbəyli və Vüqar Rəsulovun 6, Eltac Səfərlinin 5,5, Ülvi Bacaraninin 4,5 xalı vardır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında