“Dördlər finalı” Martda voleybol, apreldə futzal

Builki bahar Azərbaycan idmanı pərəstişkarları üçün Bakıda keçiriləcək Avropa miqyaslı iki “Dördlər finalı” ilə əlamətdar olacaq. Bəri başdan deyək ki, bu yarışların necə nəticələnəcəyindən, billur kubokların kimin üzünə güləcəyindən asılı olmayaraq, azarkeşlər voleybol və futzal ustalarının çox maraqlı və gərgin mübarizə vəd edən oyunlarından əsl zövq alacaqlar.

Əvvəlcə “Kristal Hall” diqqət mərkəzində olacaq. Qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin həlledici mərhələ oyunları bu gözəl sarayda keçiriləcək. İdman həvəskarlarına artıq məlum olduğu kimi, qitə klub voleybolunun 1 nömrəli yarışında kubok uğrunda mübarizə aparmaq hüququnu turnirin təşkilatçısı rolunda çıxış edəcək bizim “Rabitə”, Türkiyənin “Vakifbank” və “Əzcaçıbaşı” klubları və Rusiyanın “Dinamo” (Kazan) komandası qazanmışlar. Martın 15-nə təyin edilmiş yarımfinal görüşlərində Türkiyə təmsilçiləri bir-birinə qarşı oynayacaq, sonra isə bakılılar dinamoçularla üz-üzə gələcəklər. Yarımfinalların qalibləri ertəsi gün finalda Çempionlar Liqasının kubokunu qazanmağa çalışacaqlar.

Voleybolçular “münasibətləri aydınlaşdırdıqdan” bir ay sonra isə futzal həyəcanları başlanacaq. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək UEFA kubokunun “Dördlər finalı”nda Azərbaycan çempionu “Araz”ın qonaqları fəxri mükafatın hazırkı sahibi Qazaxıstanın “Kayrat” komandası, İspaniyanın “Barselona” və Rusiyanın “Dinamo” klubları olacaq. Yarımfinallarda kimin kimə qarşı oynayacağını martın 12-də püşk müəyyənləşdirəcək. Yarımfinal görüşləri aprelin 24-də keçiriləcəkdir. Bundan iki gün sonra isə üçüncü yer uğrunda oyunu və final matçını izləyəcəyik.  Göründüyü kimi, qarşıda bizi çox mühüm iki idman hadisəsi gözləyir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında