Küveytdəki kimi - 1:1

Azərbaycan və Küveyt yığma komandaları arasında keçirilən və futbolçularımız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan yoldaşlıq görüşü qüvvələrə növbəti baxış idi.
Heç-heçə başa çatan oyunda hesabı birinci hissədə Mahir Şükürovun ötürməsindən sonra Elvin Məmmədov açsa da, qonaqlar rusiyalı hakim Sergey Karasyovun final işarəsinə 8 dəqiqə qalmış cavab topu vurub məğlubiyyətdən xilas ola bildilər - 1:1. Maraqlıdır ki, bu rəqiblər bir il əvvəl Küveytdə keçirilən oyunda da meydandan 1:1 hesabı ilə ayrılmışdılar.
Bakı matçı göstərdi ki, yığmamız seçmə turnirinə qalan vaxt ərzində öz hazırlıq səviyyəsini artırmalı və bütün xətlərdə daha fəal, daha mütəşəkkil oyun göstərməyə çalışmalıdır. Yalnız bu halda sentyabrın 7-də Kölndə Almaniya komandası ilə seçmə görüşünü yaxşı hazırlıqla qarşılamaq olar.
Qeyd edək ki, Azərbaycan-Küveyt görüşü ərəfəsində FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlamış və məlum olmuşdur ki, yığmamız son bir ayda bir pillə irəliləyərək 266 xalla cədvəldə 105-ci mövqedə qərar tutmuşdur. Avropa çempionatının seçmə yarışlarında rəqiblərimiz olan Almaniya (1464) 4-cü, Türkiyə (810) 28-ci, Belçika (589) 48-ci, Avstriya (536) 60-cı, Qazaxıstan (184) 125-ci pillədədirlər.
Cədvələ isə sonuncu dünya çempionu İspaniya (1883), dünya çempionatının gümüş mükafatçısı Hollandiya (1659) və beşqat dünya çempionu Braziliya (1524) komandaları başçılıq edirlər.
Srağagün Azərbaycan yığması ilə yanaşı rəqiblərimiz də yoldaşlıq görüşlərində meydana çıxmışlar. Almaniya futbolçuları səfərdə Danimarka ilə heç-heçə oynamış - 2:2, Türkiyə komandası rumınları evə məğlubiyyətlə yola salmış - 2:0, Avstriya "doğma divarlar" arasında İsveçrəyə, Belçika isə rəqib meydançasında Finlandiyaya uduzmuşlar. Bu oyunların hər ikisində hakimlər 1:0 hesabı qeydə almışlar. Qazaxıstan-Oman görüşü 3:1 hesabı ilə başa çatmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında