Məmmədyarov startda Topalovla, finişdə isə Kramniklə oynayacaq

Beynəlxalq Şahmat Federasiyası (FİDE) martın 13-dən 31-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək iddiaçıların turnirinin mükafat fondunu açıqlamışdır – 600 min ABŞ dolları.

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi bu yarışda qələbə uğrunda səkkiz qrossmeyster mübarizə aparacaq. Həmvətənimizin rəqiblərindən dördü rusiyalılar Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Dmitri Andreykin, qalanları isə hindistanlı Vişvanatan Anand, bolqar Veselin  Topalov və Levon Aronyan (Ermənistan) olacaq. Xatırladaq ki, bu şahmatçılardan üçü – Kramnik, Topalov və Anand keçmiş dünya çempionlarıdır.

İki dövrədən ibarət turnirdə iddiaçılar hərəyə 14 görüş keçirəcəklər. Yarışın qalibi hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə tac uğrunda matçda qarşılaşmaq hüququ qazanacaq.

Artıq turnirin təqvimi də məlumdur. Açılış mərasimi martın 12-nə təyin edilmişdir. Ertəsi gün birincü turun görüşləri oynanılacaq. Sonuncu, 14-cü tur isə martın 30-da keçiriləcəkdir.

Məmmədyarov satrt turunda ağlarla Topalova qarşı oynayacaq. Qrossmeysterimiz finişdə də keçmiş dünya çempionu ilə qarşılaşacaq. Bu dəfə Kramniklə.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında